Əlaqə Arxiv
news Image
2013.02.07
17:48
| A A A
Nazir içkili vəziyyətdə avtomobil sürüb
Movqe.Az bildirir ki, Almaniyanın Aşağı Saksoniya əyalətinin Daxili İşlər Naziri Bernd Busemann, içkili vəziyyətdə avtomobil idarə edərkən tutulub. Hannover şəhərində avtomobil sürərkən polis tərəfindən dayandırılmış Busemann, polisin yoxlaması nəticəsində alkometrdə spirt səviyyəsi 0,9 promil çıxıb. Busemann, "Mən özüm özümə hirslənirəm. Yemək yedim və pivə içdim. Ancaq avtomobil sürə bilmə qabiliyyətinə sahib olduğumdan əmin idim." sözlərini deyib. Hadisəyə görə utandığını dilə gətirən Busemann, üzr istəyib. Əyalətdə yeni hökümət qurulana qədər daxili işlər naziri vəzifəsini davam etdirəcək Busemann, iki gün əvvəl partiyası Xristian Demokratlar Birliyi (CDU) tərəfindən əyalət məclis başçılığı vəzifəsinə namizəd göstərilib.
Sizin Reklam Yeriniz