Məşhurlardan virus gəlir
Movqe.Az bildirir ki, Virtual aləmin
"Facebook"dan sonra gələn sosial şəbəsəki "Twitter"də son zamanlar
sürətlə artan bir virus yayılıb. Xüsusilə tanınmış müğənni,
jurnalist kimi məşhurlardan gələn mesajlar təhlükə saçır. Mesajı
açan istifadəçi qısaldılmış link olaraq gələn ünvana daxil olduqda
virus avtomatik olaraq aktivləşir. Məşhur və tanınmış şəxslərin
hesablarına girən hakerlərin yaratdığı güman edilən virus son
zamanlar bir çox məşhurların ünvanından tərəfdarlarına avtomatik
olaraq göndərilməyə başlayıb artıq. Siyahınızda izlədiyiniz, abunə
olduğunuz professor, aktyor və aktrisa, yazıçıı, müğənni kimi
məşhurlardan gələn bu mesajları açmadan dərhal silin.