news Image
2017.05.02
16:45
| A A A
Sami Yusuf: “Bakı Şopinq Festivalı Azərbaycanı tanıtmaq üçün gözəl imkandır”

Məşhur müğənni və bəstəkar Sami Yusuf Bakı Şopinq Festivalını Azərbaycan iqtisadiyyatı üçün vacib hadisə adlandırıb.
 
Movqe.az-ın APA-ya istinadən məlumatına görə, o, festivalın “bakushopfest.com”a müsahibəsində bildirib ki, Bakı Şopinq Festivalı gələcəkdə nəinki Azərbaycan, eləcə də bütün regionda böyük əhəmiyyət kəsb edəcək. 
 
“Bu festival Azərbaycanın gələcək iqtisadi inkişafına öz töhfəsini verməklə bərabər, bu gözəl ölkəyə turistlərin gəlişi üçün böyük stimul yaradacaq. Mən əminəm ki, turistlər Azərbaycanı sevəcəklər. Bu təşəbbüs kommersiya aspektindən əlavə, həm də Azərbaycanın özünəməxsus mədəniyyətini və tarixini nümayiş etdirmək üçün gözəl imkandır”, - deyə o vurğulayıb.
 
S. Yusuf əmin olduğunu bildirib ki, xarici qonaqlar Azərbaycana səfərlərindən həzz alacaqlar və növbəti illərdə yenidən bu ölkəyə səfər edəcəklər.
 
Xatırladaq ki, ilk albomu “Al-Muallim”lə məşhurlaşan Azərbaycan əsilli Sami Yusuf eyni zamanda Birləşmiş Millətlər Təşkilatının sülh elçisidir. Dünyaca məşhur müğənni və bəstəkar “Time” jurnalı tərəfindən “İslamın Ən Böyük Rok Ulduzu” və “Dünyanın Ən Məşhur İngilis Müsəlmanı” elan olunub.

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs