news Image
2017.05.05
07:00
| A A A
Azərbaycandan Ermənistana növbəti diplomatik zərbə
Asim Mollazadə: “Ermənistanın siyasəti təhlükəli hərbi forpost kimi bölgədə stabilliyi pozmağa, insanlığa qarşı nifrət sərgiləməyə istiqamətlənib” Məhəmməd Əsədullazadə: “Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun Azərbaycanda keçirilməsi, ölkəmizin dünya siyasətində rolunun və tolerantlığının nəticəsidir”

Azərbaycan IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda bu dünyəvi humanitar prosesdən işğalçı Ermənistanı yenə kənarda qoydu. Eyni zamanda tədbir çərçivəsində Ermənistanın işğalçı siyasətinə  geniş diqqət yönəldildi. Siyasilərin sözlərinə görə, bununla Azərbaycan Ermənistana növbəti diplomatik zərbə vurmuş oldu.

Millət vəkili Asim Mollazadə bildirdi ki, əsas məqsədimiz dünya ilə Azərbaycan dəyərlərini bölüşməkdir: “Azərbaycanın sivilizasiyaların, dinlərin, fərqli etnik xalqların qarşılıqlı hörmət və mədəni sahəsində əmkdaşlıq təcrübəsi var. Bu gün dünyada gərgin proseslər gedir. İslamafobiya, səlib yürüşü təfəkkürü ilə düşünənlərin sayı artıb. Bu, özlüyündə dünya üçün böyük təhlükədir. Azərbaycan təcrübəsini dünya ilə bölüşməklə bu məsələdə öz töhfəsini verir. 
Ermənistanın siyasəti təhlükəli hərbi forpost kimi bölgədə stabilliyi pozmağa, insanlığa qarşı nifrət sərgiləməyə istiqamətlənib.  Biz də Forumda bu modelin təhlükəsini dünya ilə bölüşürükk”. 
Cənubi Qafqaz Təhlükəsizlik və Sülh İnstitutunun sədri Məhəmməd Əsədullazadə bildirdi ki, Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun Azərbaycanda keçirilməsi, ölkəmizin dünya siyasətində rolunun və tolerantlığının nəticəsidir: “Forumun əsas tərəfdaşları UNESCO, BMT-nin Sivilizasiyalar Alyansı, Dünya Turizm Təşkilatı, Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı, Avropa Şurası, ISESCO kimi beynəlxalq təşkilatlardır.  Belə bir beynəlxalq təşkilatların dəstək verdiyi Forum böyük siyasi əhəmiyyət daşıyır. 
Azərbaycanda dini, etnik və millətlərarası heç bir problem yoxdur. Bu da dünya üçün bir nümunədir. Beynəlxalq təşkilatların məhz bu tolerantlığı, multikulturalizmi rəhbər tutaraq, ölkəmizi seçməsi heç də təsadüfü deyil. Azərbaycan mədəniyyətlərarası dialoqda daim tərafdaş ölkə olub və bu sahədə təcrübələrini digər ölkələrlə bölüşür. Azərbaycan Cənubi Qafqazda sülh və təhlükəsizlik, müxtəlif mədəniyyətlərin qovuşduğu coğrafiya olaraq, tolerant bir cəmiyyətə sahibdir. Təəssüf ki, bunu qonşumuz olan Ermənistan haqqında  deyə bilmərik.  Ermənistan monoetnik ölkə olaraq, mədəniyyətlərarası forumuna hansı töhfeni verə bilər?! Hazırda Azərbaycana qarşı etnik və işğalçı siyasəti yürütməklə xalqlar arasında düşmənçiliyi, milli ədavət və dözümsüzlük nümayiş etdirir.  Belə bir siyasət aparan bir ölkənin də dünya mədəniyyətlərarası forumda iştirakı bu qurumun fəaliyyətinə kölgə salmış olar. Azərbaycanın tədbirdə Ermənistanı işğalçı ölkə kimi tanıtması, işğal olunmuş ərazilərimizdə vandalizm və mədəniyyət abidələrinin dağıtmasını beynəlxalq təşkilatların nəzərinə çatdırması, Ermənistan üzərində növbəti qələbədir. Beynəlxalq təşkilatlar bir daha Ermənistanın apardığı siyasətlə yaxından tanış olmaqla, bu ölkənin Cənubi Qafqazda sülh və mədəni əlaqələrə nə qədər təhdid olduğunu gördü. 
Azərbaycanın etnik müxtəlifliyi də ölkəmizin Ermənistan üzərində üstün siyasətidir. Ermənistanda barmaqla sayılacaq qədər yezidi kürd və rus var. Azərbaycanda isə onlarla etnik yaşmaqla, xalqın ümumi mədəniyyətini formalaşdırıb. Bütün bunlar Forum iştirakçılarının nəzərinə çatdırılmaqla bir daha Azərbaycanın haqlı və ədalətli mövqedə olduğunun göstərəcək. Artıq beynəlxalq təşkilatlarda Azərbaycan Ermənistan üzərində üstünlük qazanır. Bu kimi tədbirlərin keçirilməsi ölkəmizə beynəlxalq diqqəti artırır. Dünya Ermənistanın işğalçı ölkə olduğunu bir daha görür”. 
Mübariz BAYRAMOV