Əlaqə Arxiv
news Image
2017.05.06
16:30
| A A A
Leyla Əliyeva: Mədəniyyətlər və insanlar arasında dialoq bütün dünyada sülhün və çiçəklənmənin yeganə açarıdır

Mədəniyyətlərarası dialoqun inkişaf etdirilməsi yollarını müzakirə etmək üçün bütün dünyadan insanların bir yerə toplaşması ruhlandırır.

Movqe.az-ın məlumatına görə, bunu Heydər Əliyev Fondunun vitse-prezidenti, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) xoşməramlı səfiri Leyla Əliyeva Bakıda IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində keçirilən “Ərzaq təhlükəsizliyi və dayanıqlı cəmiyyət naminə mədəniyyətlərarası dialoq: Davamlı inkişaf və sülhün təmin olunması üçün əsas elementlər” adlı 2-ci Plenar sessiyada çıxışında deyib.

Leyla Əliyeva qeyd edib ki, mədəniyyətlər və insanlar arasında dialoq bütün dünyada sülhün və çiçəklənmənin yeganə açarıdır: "Belə bir dialoqun alternativi yoxdur".

Heydər Əliyev Fondunun vitse-prezidenti bildirib ki, insanlar arasında dialoq az olduqca, nifrət və cahillik daha da artır.

Leyla Əliyeva vurğulayıb ki, əsrlər boyu Azərbaycan müxtəlif mədəniyyətlərin, dinlərin və sivilizasiyaların qovuşduğu məkan olub: “Tarix boyu Azərbaycanda bütün insanlar – istər müsəlman, istər yəhudi, istərsə də xristian olsun – dinc şəraitdə birgə yaşayıblar. Lakin heç kəs bunu “mədəniyyətlərarası dialoq” adlandırmayıb. Qarşılıqlı fəaliyyət ölkəmizdə gündəlik həyatın sadəcə bir hissəsi olub”.

Onun sözlərinə görə, dünyanı daha yaxşı etmək üçün Yer kürəsinin hər yerindən insanların toplaşdığı Bakının mədəniyyətlərarası dialoq mərkəzlərindən biri olması təbiidir:

“Mövzusu FAO-nun xoşməramlı səfiri və ətraf mühitin həvəsli mühafizəçisi kimi mənim üçün mühüm əhəmiyyət kəsb edən bu plenar iclasda çıxış etmək xüsusilə xoşdur”.

Leyla Əliyeva qeyd edib ki, ərzaq təhlükəsizliyi, sülh və dayanıqlı inkişaf arasında sıx əlaqə bu tədbiri hazırda zəruri edir.

Sizin Reklam Yeriniz