Əlaqə Arxiv
news Image
2017.05.13
23:00
| A A A
“Eurovision-2017” mahnı müsabiqəsi - CANLI YAYIM

Kiyevin Beynəlxalq Sərgi Mərkəzində “Eurovision-2017” mahnı müsabiqəsinin final şousu başlayıb.

 

“APA Holdinq”in Kiyevə ezam olunmuş əməkdaşının məlumatına görə, final mərhələsində 26 ölkə təmsilçisi iştirak edir: İsrail, Polşa, Belarus, Avstriya, Ermənistan, Hollandiya, Moldova, Macarıstan, İtaliya, Danimarka, Portuqaliya, Azərbaycan, Xorvatiya, Avstraliya, Yunanıstan, İspaniya, Norveç, Böyük Britaniya, Kipr, Rumıniya, Almaniya, Ukrayna, Belçika, İsveç, Bolqarıstan və Fransa.

 

 Azərbaycan təmsilçisi Diana Hacıyeva səhnəyə 12-ci çıxaraq “ Skeletons” mahnısını səsləndirəcək.   

 

Finala birbaşa vəsiqə qazanan ölkələr - müsabiqənin bu ilki ev sahibi Ukrayna və  “böyük beşlik” ölkələri Fransa, İtaliya, Almaniya, İspaniya və Böyük Britaniyadır.

 

62-ci “Eurovision” mahnı müsabiqəsində 42 ölkənin nümayəndələri iştirak edib. 

Sizin Reklam Yeriniz