Əlaqə Arxiv
news Image
2017.05.14
01:07
| A A A
Diana Hacıyeva “Eurovision 2017” mahnı müsabiqəsinin finalında çıxış edib

Kiyevin Beynəlxalq Sərgi Mərkəzində “Eurovision-2017” mahnı müsabiqəsinin final şousu davam edir.
 
“APA Holdinq”in Kiyevə ezam olunmuş əməkdaşının məlumatına görə,  Azərbaycan təmsilçisi Diana Hacıyeva səhnəyə 12-ci çıxaraq Skeletons mahnısını səsləndirib.
 
Qeyd edək ki, final mərhələsində 26 ölkə təmsilçisi iştirak edir: İsrail, Polşa, Belarus, Avstriya, Ermənistan, Hollandiya, Moldova, Macarıstan, İtaliya, Danimarka, Portuqaliya, Azərbaycan, Xorvatiya, Avstraliya, Yunanıstan, İspaniya, Norveç, Böyük Britaniya, Kipr, Rumıniya, Almaniya, Ukrayna, Belçika, İsveç, Bolqarıstan və Fransa.
 
Finala birbaşa vəsiqə qazanan ölkələr - müsabiqənin bu ilki ev sahibi Ukrayna və  “böyük beşlik” ölkələri Fransa, İtaliya, Almaniya, İspaniya və Böyük Britaniyadır.
 
62-ci “Eurovision” mahnı müsabiqəsində 42 ölkənin nümayəndələri iştirak edib.    

Sizin Reklam Yeriniz