news Image
2017.05.15
14:27
| A A A
İlk fərqli biblioqrafiya

Bu günlərdə Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, akademik İsa Həbibbəylinin yalnız bir ildəki elmi fəaliyyətini əks etdirən “Akademik İsa Həbibbəyli. Biblioqrafiya – 2016” kitabı çapdan çıxıb.

Kitabda akademik İsa Həbibbəylinin təkcə 2016-cı ildəki çoxşaxəli elmi fəaliyyətinə işıq salınıb, akademikin ötən ildə nəşr olunmuş elmi əsərlərinin biblioqrafiyası, elmi redaktorluq fəaliyyəti və ilin əsas tərcümeyi-hal hadisələri öz əksini tapıb.

Qeyd edək ki, biblioqrafiya nəşri tarixində ilk dəfədir ki, buraya alimin yalnız bir ildə çap etdirdiyi elmi əsərlər daxil edilib.

Biblioqrafiya “Kitablar”, “Məqalələr” (Azərbaycan və xarici dillərdə ayrı-ayrılıqda), “Elmi redaktorluq və müqəddiməçilik”, “Beynəlxalq konfranslarda”, “Elmi rəhbərlik”, “Fəxri doktorluq” və “İlin şəkilləri” bölmələrindən ibarətdir.

Kitabda akademik İsa Həbibbəylinin 2016-cı ildə çap edilmiş 3 kitabı, 93 elmi məqaləsi (onlardan 17-si xarici ölklərin nüfuzlu elmi nəşrlərində dərc olunub), müqəddimə və ön söz yazdığı, elmi redaktorluq etdiyi 37 kitab haqqında biblioqrafik məlumat, 18 beynəlxalq elmi konfranslarda iştiraka dair göstəricilər ardıcıllıqla oxuculara təqdim edilir. “İlin şəkilləri”ndə isə bir ildəki gərgin elmi, ictimai və siyasi fəaliyyətin yaddaqalan anları öz əksini tapıb.

“Elm və təhsil” nəşriyyatında işıq üzü görmüş kitabşünaslıq tarixində ilk fərqli biblioqrafiyanın tərtibçisi filologiya üzrə fəlsəfə doktoru Ağahüseyn Şükürov, redaktoru filologiya üzrə fəlsəfə doktoru Zakirə Əliyevadır.

Biblioqrafiya ədəbiyyatşünaslar, elmi ictimaiyyət üçün qiymətli mənbədir.

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs