Əlaqə Arxiv
news Image
2017.05.30
15:49
| A A A
Musiqili Teatr Lənkəranda qastrol tamaşası ilə çıxış edəcək

Musiqili Teatr mayın 31-də Lənkəranda qastrol tamaşası ilə çıxış edəcək. Teatrın mətbuat katibi Samir Sədaqətoğlunun Movqe.az-a verdiyi məlumata görə, kollektiv lənkəranlı tamaşaçılar qarşısında Süleyman Ələsgərov və İsi Məlikzadənin “Hərənin öz ulduzu” iki hissəli musiqili komediyası ilə çıxış edəcək.
 
Tamaşada rolları xalq artisti Fatma Mahmudova, əməkdar artist Novruz Qartal, aktyorlar Nadir Xasıyev, Gülcahan Salamova, Möylə Mirzəliyev, Rəsmiyyə Nurməmmədova, Elxan İsmayılov və Nigar Qarayeva ifa edirlər.
 
Bundan başqa, Musiqili Teatrı xarici ölkələrə də səfərə hazırlaşır. Yaradıcı heyət Türkiyədə Beynəlxalq “Dədə Qorqud” festivalında iştirak edəcək, Azərbaycan Mədəniyyət Günləri çərçivəsində İrana qastrol səfərlərinə yollanacaq.

Sizin Reklam Yeriniz