Əlaqə Arxiv
news Image
2017.06.16
15:10
| A A A
II Avropa Oyunlarının Minskdə keçirilməsinə dair müqavilənin bağlanılacağı tarix açıqlanıb
Belaruslu nazir: Biz milyonluq açılış mərasimi keçirməyəcək və Bakı 2015in büdcəsi ilə yarışmayacağıq

2019-cu il Avropa Oyunlarının Belarusun paytaxtı Minskdə keçirilməsinə dair müqavilə iyunun sonlarında bağlanılacaq.

Movqe.az-ın məlumatına görə, bu barədə ölkənin idman və turizm naziri Aleksandr Şamko "Sputnik"ə müsahibəsində bildirib. Nazir Belarusun ilk Oyunları təşkil edən Azərbaycanla büdcə sarıdan yarışmayacağını bildirib: "Ölkəmizin prezidenti Aleksandr Lukaşenko da vurğulayıb ki, ürəklə işə girişmək lazımdır. Biz milyonluq açılış mərasimi keçirməyəcək və "Bakı 2015"in büdcəsi ilə yarışmayacağıq".
Qeyd edək ki, II Avropa Oyunlarının Minskdə keçirilməsi barədə qərar 2016-cı ilin oktyabrında Avropa Olimpiya Komitələrinin Baş Assambleyasında verilib. Belarus prezidenti Aleksandr Lukaşenko Oyunların yüksək səviyyədə təşkil edilməsinə göstəriş verib. Minskə 4 min idmançının yollanması gözlənilir. Proqrama 14 - 17 növ daxil ediləcək. İlk Avropa Oyunlarının büdcəsi 1,2 milyard dollar olub. 

Sizin Reklam Yeriniz