news Image
2017.06.19
19:30
| A A A
Opera və Balet Teatrı mövsümü Qala-konsertlə başa vuracaq

Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı 108-ci mövsümünü iyunun 21-də teatrın balet truppasının çıxışı - Qala-konsertlə başa vuracaq.

Teatrdan Movqe.az-a  verilən məlumata görə, konsertdə truppanın aparıcı solistləri və gənc balet artistlərinin ifasında P.Çaykovski, N.Rimski-Korsakov, Ş-K. Sen-Sans, L.Minkus, M.Ravel, F.Şopen, S.Puni, E.Helsted və başqa bəstəkarların musiqiləri əsasında balet nömrələri nümayiş olunacaq.

Qala-konsertdə simfonik orkestri Xalq artisti, professor Yalçın Adıgözəlov idarə edəcək.

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs