Əlaqə Arxiv
news Image
2017.07.12
13:57
| A A A
Naxçıvanda İranın mədəniyyət xadimlərinin fotolarından ibarət sərgi təşkil olunub (FOTO)

Naxçıvanda İranın Şərqi Azərbaycan, Qərbi Azərbaycan və Ərdəbil vilayətlərindən olan görkəmli mədəniyyət xadimlərinin fotolarından ibarət sərgi təşkil olunub.

İranın Naxçıvandakı Baş konsulluğundan  Movqe.az-a  verilən məlumata görə, sərgi konsulluğun mədəniyyət attaşesi və Naxçıvan Rəssamlar Birliyinin birgə əməkdaşlığı ilə təşkil olunub.

Sərginin açılışında İranın və Türkiyənin Naxçıvandakı baş konsulları, Naxçıvan Rəssamlar Birliyinin rəis müavini, Ali Məclisin nümayəndəsi, Naxçıvan Yazıçılar Birliyinin sədri, AMEA Naxçıvan Bölməsinin, Naxçıvan Dini Qurumlar İdarəsinin və Naxçıvan Rəssamlar Birliyinin əməkdaşları, incəsənət xadimləri, rəssamlar və fotoqraflar iştirak ediblər.

Rəssamlar Birliyi sədrinin müavini Nizami Alıyev bildirib ki, bu sərgi Naxçıvanda iranlı fotoqrafın ilk fotosərgisidir. Sərgidə İranın 3 vilayətindən olan görkəmli şəxsiyyətlərin 65 tablodan ibarət fotoları nümayiş etdirilir.

Daha sonra çıxış edən İranın baş konsulu Mənsur Airom iki ölkə arasında siyasi və iqtisadi əlaqələrin son dövrlərdə inkişaf etdiyini bildirib. O qeyd edib ki, siyasi və iqtisadi əlaqələr dövlət xadimləri arasında danışıqların mövzusu olsa da, mədəniyyət və incəsənət sahələri ilə bağlı məsələlər xalqlar və millətlərin bir-birinə qarşılıqlı münasibətlərinə aiddir.

Baş konsulluğun mədəniyyət attaşesi Hüseyn Ağazadə isə vurğulayıb ki, iqtisadi və siyasi əlaqələr o zaman nəticə verir ki, mədəniyyət, incəsənət və elm sahələrində münasibətlər də inkişaf etsin.

Açılış mərasiminin sonunda İranın görkəmli sənətkarı Paşa Hadiyan çıxış edərək bildirib ki, sərgilənən əsərlər 7 il ərzində hasil olub.

Sonra İran və Naxçıvanın vəzifəli şəxsləri nümayiş olunan əsərlərə baxış keçiriblər.

Sərgi iyulun 15-dək davam edəcək.

Sizin Reklam Yeriniz