Əlaqə Arxiv
news Image
2017.07.18
20:30
| A A A
Azərbaycan və İran seysmoloqları birgə tədqiqatlar aparacaq

Məşhəd Firdovsi Universitetinin Zəlzələ Araşdırma Mərkəzinin rəhbəri Səyyad Keivan Hosseini AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzində (RSXM) olub.

AMEA nəzdində RSXM-nin İnformasiya şöbəsindən Movqe.az-a  verilən məlumata görə, Mərkəzin baş direktoru, AMEA-nın müxbir üzvü Qurban Yetirmişli ilə keçirilən görüşdə tərəflər arasında birgə seysmoloji tədqiqatların aparılması və qarşılıqlı təcrübə mübadiləsi müzakirə olunub.

Bildirilir ki, tərəflər arasında birgə elmi tədqiqatların aparılmasına dair anlaşma protokolunun imzalanmasına dair razılıq əldə olunub.

Azərbaycanın seysmoloji sahədə inkişaf etdiyini bildirən S.K.Hosseini İran seysmoloqlarının azərbaycanlı həmkarları ilə əməkdaşlıq etməkdə maraqlı olduqlarını qeyd edib.

Görüşdə ikitərəfli əməkdaşlığın hər iki tərəf üçün faydalı ola biləcəyi vurğulanıb.

Sizin Reklam Yeriniz