Əlaqə Arxiv
news Image
2017.07.18
17:38
| A A A
Musiqi məktəblərində islahatlar aparılacaq

Musiqi məktəblərində də islahatlar aparılacaq, müəllimlərin işə qəbulu mərkəzləşdirilmiş qaydada həyata keçiriləcək.

Movqe.az xəbər verir ki, Mədəniyyət və Turizm Nazirliyindən Trend-ə verilən məlumata görə, bu barədə Mədəniyyət və Turizm Nazirliyinin regional idarələrinin fəaliyyətinə həsr olunmuş müşavirədə bildirilib.

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev isə deyib ki, regional mədəniyyət və turizm idarələri ölkəmizin mədəni, tarixi dəyərlərinin, turizm imkanlarının xarici qonaqlara tanıdılması və təbliğində aktiv iştirak edirlər: "Regionlardakı mədəniyyət müəssisələri, rəqs və musiqi kollektivləri bu işlərə daha çox cəlb olunmalıdır. Regionlarda mədəniyyət müəssisələri arasında əlaqələrin, qonşu rayonların mədəniyyət kollektivlərinin mübadiləsinin təşkili, kollektivlərdə çalışanların əməyinin qiymətləndirilməsi kimi məsələlərə də önəm verilməlidir".

Sizin Reklam Yeriniz