Əlaqə Arxiv
news Image
2017.08.07
16:56
| A A A
Türkiyə "Eurovision"da iştirak etməyəcək

Türkiyə baş nazir müavini Bəkir Bozdağ Ankarada qəzet və televiziya nümayəndələri və rəhbərləri ilə bir araya gəlib. Movqe.az Türkiyə mediasına istinadən bildirir ki, Bozdağ Türkiyənin önümüzdəki il "Eurovision" yarışmasına qatılmayacağını söyləyib. Belə ki, B. Bozdağ jurnalistlərin 'Türkiyə önümüzdəki il "Eurovision" mahnı yarışmasına qatılacaqmı?' sualına 'Bu anda yox elə bir şey' cavabını verib. 
Qeyd edək ki, 
Türkiyə ilk dəfə 1975-ci ildə Semiha Yankı ilə qatıldığı 2003-cü ildə Sertab Erenerin 167 bal alaraq birinciliyi qazandığı "Eurovision" mahnı müsabiqəsinə son olaraq 2012-ci ildə Can Bonomo ilə qatılıb və yarışda bir daha olmama qərarını verib. 

Mübariz Bayramov

Sizin Reklam Yeriniz