Əlaqə Arxiv
news Image
2013.02.27
17:23
| A A A
Stefan Hessel dünyasını dəyişdi
Dünya şöhrətli məşhur fransız yazıçı Stefan Hessel 95 yaşında həyatla vidalaşıb. Movqe.Az-ın məlumatına görə, Hesselin qələmə aldığı "Indignez-vous" adlı kitab, dünyada ən çox satılan kitablar arasında yer alıb. İkinci Dünya Müharibəsində alman işğalı əsnasında müqavimət təşkilatına qatılan Hesssel, sonra diplomat olaraq ölkəsinə xidmət edib. Bundan əlavə, Hessel "İnsan hüquqları haqqında ümumi bildirişini" 1948-ci ilin iyun ayında qələmə alan Birləşmiş Millətlər Təşkilatının İnsan Hüquqları Komissiyasının yaşayan tək üzvü idi. Cəzayir döyüşündə Fransanı tənqid edən Hessel, bərabərsizliklərə qarşı bitməyən qəzəbinin olmasında, gənc vaxtı tanış olduğu Jan Paul Sartrın da təsiri olduğunu söyləyirdi. Fransaya köç edən yəhudi əsilli bir alman uşağı olan Hessel, İsrail hökumətini, xüsusilə Qəzza zolağına dair siyasətini də sərt bir şəkildə tənqid edirdi.

Sizin Reklam Yeriniz