Əlaqə Arxiv
news Image
2017.09.12
16:02
| A A A
O, nə yazdığını çox gözəl bilir - Tural Bayraməliyev "26-lar" kafesindən danışdı

Azərbaycan Yazıçılar Birliyinin icarəyə verdiyi binada fəaliyyət göstərən və artıq bağlanan "26-lar" kafesi ilə bağlı müzakirələr bitmir. Qurumun sədri Anar Rzayevin məsələ ilə bağlı aşıqlaması birmənalı qarşılanmayıb. Ötən gün isə "Çingiz Abdullayevin “26-lar” kafesi haqda dediyi sözlər yalan çıxdı - ayda 8 min manat ödəyirdi" başlıqlı yazı məsələni yenidən gündəmə gətirdi.

Movqe.az xəbər verir ki mövzu ilə bağlı Yazıçılar Birliyinin üzvü, yazıçı-publisist Tural Bayraməliyev münasibət bildirib: "Bakının indiki "Sahil" parkında yerləşən "26-lar" kafesinin bağlanmağı tam yerinə düşdü. Hər kəs bilməlidir ki, Bakıda ermənilərin adı ilə bağlı heç bir amil ola bilməz. Bakı meri Hacıbala Abutalıbov nə etdiyini çox yaxşı bilir. Bu, məmuru dəstəklədiyim anlamına gəlməsin. Əfsuslar olsun ki, tanınmış ziyalı Çingiz Abdullayev və Yazıçılar Birliyinin sədri Anar Rzayev "26lar" sözünün mənasını şərh edir. Burada söhbət "26lar" sözündən yaxud, mənasından getmir. Burada məsələ millətin milli dəyərlərindən gedir. Bu adam kafe açırsa, hər kimdirsə, getsin 20 Yanvarda açsın, adını da "26 Yanvar" qoysun. Kim ona nə deyə bilərki? Niyə məhz Azərbaycan xalqının düşməni və xəyanətkları Şamuyandı, nə zibildi, onların adına məxsus keçmiş "26-lar" parkında açır? Adını da "26-lar yaşayır" deyə, qeyd edir. Elə yazsın, "27-lər yaşayır". Düşünürəm ki, o nə yazdığını və bunu harada niyə etdiyini çox gözəl bilir. Bizim yazıçıların bu məsələni müdafiə etməsi və haqq qazandırması üzücüdür. Azərbaycan türkü bunu əsla etməz! 

Hörmətli Çingiz müəllim! Deyirsiz ki, bizə Rusiyada, Amerikada gülürlər. Ona görə gülürlər ki, keçmişini unudan millətik. Xatırladım ki, Rusiya və Amerika Azərbaycan xalqının ən böyük düşmənidir!".

Sizin Reklam Yeriniz