Əlaqə Arxiv
news Image
2017.09.22
16:23
| A A A
Bakıda “Qız qalası” VII beynəlxalq incəsənət festivalı keçirilir

Heydər Əliyev Fondunun təşəbbüsü və xüsusi dəstəyi, IDEA (Ətraf Mühitin Mühafizəsi Naminə Beynəlxalq Dialoq) İctimai Birliyi, “Qız qalası” incəsənət qalereyasının təşkilatçılığı ilə “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi tərəfindən İçərişəhərdə “Qız qalası” VII beynəlxalq incəsənət festivalı keçirilir.
 
Qoruq İdarəsindən Movqe.az-a verilən məlumata görə, bu gün başlayan festival sentyabrın 24-dək davam edəcək.
 
2010-cu ildə başlanan, 5 il Bakı şəhərində, bir dəfə isə Fransanın Kann şəhərində keçirilən “Qız qalası” Beynəlxalq incəsənət festivalı bu il yeddinci dəfə gerçəkləşdirilir. Festival ənənəvi olaraq bu il də İçərişəhərdə, Qız qalasının qarşısındakı meydanda təşkil olunub.
 
Festivalda gənc azərbaycanlı rəssamlar Bəhruz Kəngərli, Cavid İlham, Orxan Qarayev, Rəşad Nuri, Vüsalə Ağarzayeva Qız qalasının maketlərini müxtəlif üslublarda bəzəyəcəklər. Eyni zamanda gənc rəssamlar Xətai rayonu 3, Nizami rayonu 2, Suraxanı rayonu 1 nömrəli respublika xüsusi internat məktəbinin şagirdləri, eləcə də Daun Sindromlu Şəxslərin Reabilitasiya Mərkəzinin festivalda iştirak edən sağlamlıq imkanları məhdud uşaqlarına da Qız qalası maketini bəzəməyə kömək edəcəklər.
Sosial səhifələrd

Sizin Reklam Yeriniz