Əlaqə Arxiv
news Image
2017.10.02
17:28
| A A A
Bölgə teatrlarında kadr dəyişikliyi aparılıb

“Azərbaycan teatrı 2009-2019-cu illərdə” Dövlət Proqramına uyğun olaraq teatr sahəsində aparılan islahatlar davam edir.
 
Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən Movqe.az-a verilən məlumata görə, proqramın icrası sayəsində paytaxtda və bölgələrdə teatr binaları müasir standartlara uyğun şəkildə yenidən qurulub, ünvanı olmayan teatrlara hüquqi ünvan verilib.
 
Qeyd olunub ki, bu gün teatrların maddi texniki bazası ilə yanaşı, yaradıcılıq sahəsinə də xüsusi diqqət ayrılır. Rejissorların teatrın inkişafında müstəsna xidmətləri nəzərə alınaraq davamlı olaraq kadr dəyişikliyi aparılır. Bu da teatrlarda repertuar zənginliyinə, fərqli teatr düşüncələrinin tamaşaçıya çatdırılmasına vəsilə olur. Bütün bunlar nəzərə alınaraq mədəniyyət və turizm nazirinin müvafiq əmrlərinə uyğun olaraq respublika teatrlarında kadr dəyişikliyi aparılıb. Əmrə əsasən, Namiq Qaffarov Şəki Dövlət Dram Teatrının direktoru, Oruc Qurbanov Lənkəran Dövlət Dram Teatrının, Sərvər Əliyev İrəvan Dövlət Azərbaycan Dram Teatrının, Novruz Cəfərov Ağdam Dövlət Dram Teatrının baş rejissoru vəzifələrinə təyin edilib.

Sizin Reklam Yeriniz