Əlaqə Arxiv
news Image
2017.10.04
19:00
| A A A
"Leyli və Məcnun" ilk dəfə Moskvada təqdim olunacaq

Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının truppası Moskvaya qastrola yollanacaq.

Movqe.az-ın "Report"a istinadən verdiyi məlumata görə, Azərbaycanın səhnə ustaları oktyabrın 16-da Moskvadakı "Crocus City Hall"da Üzeyir Hacıbəyovun Məhəmməd Füzulinin eyniadlı əsəri əsasında yazdığı əfsanəvi "Leyli və Məcnun" operasını təqdim edəcəklər. Qastrolun təşkilatçısı, Azərbaycan Mədəniyyəti və İncəsənəti Studiyasının rəhbəri Samirə Zeynalova "Leyli və Məcnun" operasının Moskvada ilk dəfə təqdim olunacağını bildirib.

"Bu, Moskvada yaşayan həmvətənlərimiz üçün böyük bayram olacaq. Opera və Balet Teatrına, Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinə ideyamızı həyata keçirməkdə göstərdikləri dəstəyə görə təşəkkürümü bildirirəm", - S.Zeynalova vurğulayıb. 

Sizin Reklam Yeriniz