Warning: opendir(/home/movqe/www/cache/): failed to open dir: No such file or directory in /usr/local/lib/php/Cache/Lite.php on line 632
Azərbaycan tarixçisinin əsərləri Rusiya alimi tərəfindən yüksək qiymətləndirildi
 
 
news Image
2013.03.05
16:28
| A A A
Azərbaycan tarixçisinin əsərləri Rusiya alimi tərəfindən yüksək qiymətləndirildi


Azəbaycan tarix elminin dünyada nüfuzu getdikcə artır. Xaricdə nəşr olunan monoqrafiyalarımız mütəxəssislərin diqqətini cəlb edir. Əsərləri maraq çəkən və ali məktəblərdə dərs vəsaiti kimi tövsiyə olunan alimlərdən biri də professor Musa Qasımlıdır.  

Movqe.az saytının məlumatına görə, onun bir neçə il əvvəl Bakıda, daha sonra Moskavada nəşr edilən əsərlərinə maraq böyükdür. 


Beynəlxalq münasibətlər üzrə görkəmli Rusiya alimi, Nijni Novqorod Universitetinin Xarici regionşünaslıq kafedrasının müdiri, professor Aleksandr Kornilov professor Musa Qasımlının Moskvada rus dilində nəşr edilmiş "SSRİ-TÜRKİYƏ: münasibətlərin normallaşmasından yeni soyuq müharibəyədək. 1960-1979" və "SSRİ-TÜRKİYƏ: Çevrilişdən ÇÖKÜŞƏ. 1980-1991" əsərlərinə   Ankarada nəşr olunan "Bilge Strateji" jurnalında (Cild 5, Sayı 8, Bahar 2013, səh.181-184; 185-188) ingilis dilində rəylər dərc etdirib. Rusiyalı alim monoqrafiyaları dünya tarix elminə dəyərli töhfə, Azərbaycan alimini isə nüfuzlu tarixçilərindən biri kimi qiymətləndirib.