Əlaqə Arxiv
news Image
2017.10.11
11:34
| A A A
Türkiyədə Dədə Şəmşirin doğum gününə kitab

Türkiyənin Gaziantep Universitetində çalışan azərbaycanlı professor Ilqar Immamverdiyevin hazırladığı “Dədə Şəmşir ifaçılığında ənənəvi saz havaları” kitabı işıq üzü görmüşdür. Universitetin professoru Babək Qurbanovun ön sözü ilə təqdim olunan kitab “Dədə Şəmşir Mədəniyyət Oçağı” İçtimai Birliyini dəstəyi ilə ərsəyə gəlmişdir.

Kitabın müəllifi professor Ilqar Immamverdiyev bildirmişdir ki, Azərbaycanın aşıq Veysəli kimi tanınan Dədə Şəmşirin 125 illiyi ərəfəsində hazırlanan kitab böyük sənətkarımızın yubileyinə bir ərmağandır. Kitabın ön sözünün müəllifi, mənim dəyərli həmkarım professor Babək Qurbanovun atası, xalq şairimiz Osman Sarıvəllinin dəstəyi ilə 1957-ci ildə Dədə Şəmşirin ifasında 75 saz havası lentə alınmışdır. Mən də bu kitabda əvəzsiz ifaçının ifasında səslənmiş 62 saz havasını nota köçürdüm. Eyni zamanda kitabda mənim də iki bəstəm təqdim olunur, deyə professor fikrini tamamlamışdır.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Namiq Əhmədov

Sizin Reklam Yeriniz