news Image
2017.10.11
11:43
| A A A
Gaziantep Universitetində Dədə Şəmşirin büstü quruldu

Türkiyənin Gaziantep Universitetinin Türk Musiqi Dövlət Konservatoriyasında Azərbaycan saz ifaçılıq sənətinin ustadlarından sayılan Dədə Şəmşirin büstü qurulmuşdur. Bu barədə universitetin azərbaycanlı professoru Ilqar Immamverdiyev məlumat verrmişdir. O, demişdir:

-Büst böyük ifaçının 125 illiyi münasibəti ilə uçaldılmışdır. İndi Dədə Qorqud, Farabi, Buhurizade Mustafa (Itri), Aşık Veysel, Tabmuri Cemil Bey, Muzaffer Sarısözen, Nida Tüfekçi, Yücel Paşmakçı və Mehmet Özbey kimi Türkiyənin ən məşhur və ünlü sənətkarlarının heykəlləri sıarasında Dədə Şemşirin büstünün də yer alması bizləri çox fərəhləndirir. Bu həm də qardaş Türkiyədə Azərbaycan ifaçısına verilən qiymətlə yanaşı, həm də iki ölkə arasında dostluq və qardaşlığın rəmzidir. İndu universitetimizdə saz-bağlama ifaçılığını öyrənən tələbələr Azərbaycan aşıq havalarını da öyrənirlər.

Namiq Əhmədov