news Image
2013.03.05
18:00
| A A A
Fransız rejissor dünyasını dəyişdi

Fransanın məşhur teatr rejissorlarından Cerome Savari, Parisdə xərçəng xəstəliyi səbəbi ilə müalicə olduğu xəstəxanada 70 yaşında vəfat edib. Movqe.Az-ın məlumatına görə, İncəsənət həyatı ərzində teatr və kino aktyorluğu da edən Savari, 1966-ci ildə məşhur teatr qrupu "Magic Cirsus" u yaradıb. Fransız teatrına gətirdiyi yeniliklərlə tanınan məşhur rejissor, 1988-2000 illəri arasında "Chalillot" dövlət teatrının, 2000-2005 illəri arasında isə "L'Opera Comique" teatrının sənət rejissorluğunu da edib.