Əlaqə Arxiv
news Image
2017.11.24
13:26
| A A A
“Gənc Alimlərin Əsərləri” elmi jurnalının növbəti nömrəsi işıq üzü görüb

 Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin və Azərbaycan Gənc Alim, Aspirant və Magistrlər Cəmiyyətinin birgə təsis etdikləri “Gənc Alimlərin Əsərləri” elmi jurnalının növbəti ingilis dilli versiyası“Proceedings of Young Scientists” çap olunub. 2008-ci ildən çap olunan jurnal gənc alim və tədqiqatçıların elmi əsərlərinin maneəsiz, növbə gözləmədən geniş elmi auditoriyaya çatdırılmasını təmin etmək məqsədi daşıyır. Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin dəstəyi ilə işıq üzü görən bu məcmuə sayca jurnalın 15-ci nömrəsidir. Elmin müxtəlif sahələrini əhatə edən məqalələrin yer aldığı jurnal Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası tərəfindən elmin bütün istiqamətlərində tövsiyyə edilən elmi əsərlər sırasına daxildir. Jurnalda məqalələr ingilis dilində, xülasə və açar sözlər isə azərbaycan, rus və ingilis dillərində çap olunur. Jurnal həm də 2014- cü ilin noyabr ayından dövri nəşrlər üçün nəzərdə tutulmuş Beynəlxalq Standart Nömrə (İnternational Standart Serial Number) alaraq beynəlxalq qeydiyyata alınmışdır. Gələcək hədəflər jurnalın digər beynəlxalq elmi indekslər: CiteFactor, Copernicus, DOAJ, SCOPUS, Web of Science – Thomson Reuters və s. tərəfindən indekslənərək növbəti beynəlxalq statuslar qazanmasına nail olmaqdan ibarətdir. Qeyd edək ki, beynəlxalq redaksiya heyətindən ibarət jurnalın baş redaktoru Azərbaycan Gənc Alim, Aspirant və Magistrlər Cəmiyyətinin sədri fəlsəfə doktoru İlqar Orucovdur.

Sizin Reklam Yeriniz