news Image
2013.03.17
08:39
| A A A
Xulio İqlesias ermənicə mahnı oxuyacaq
Dünən İrəvana gələn ispan müğənni Xulio İqlesias erməni mahnısı ifa edəcəyini bildirib. Movqe.az-in erməni mətbuatına istinadən verdiyi məlumata görə, Ermənistana gəldiyinə görə xoşbəxt olduğunu deyən İqlesias erməni dilində mahnı oxumağa hazırlaşdığını söyləyib: "Ömrümə az qalıb, erməni dostlarımın vətənində olmaqdan məmnunam".

Ermənistanın İsveçrədəki səfiri Şarl Aznavurla yaxın dost olduğunu bildirən İqlesias deyib ki, onunla bir çox mahnıları ifa edib: "Bizim aksentimiz, dilimiz ermənilərə çox yaxındır. Son 45 il ərzində mən minlərlə erməni tanıdım. Onlar dünyada öz mədəniyyətlərini bölüşürlər".