news Image
2013.03.18
10:43
| A A A
Şimali Kiprin Doğu Akdeniz Universitetində Novruz bayramı qeyd ediləcək
Gecədə tanınmış müğənni Almaz Ələsgərova solo-konsertlə çıxış edəcək

Ayın 22-i Şimali Kiprin Doğu Akdeniz Universitetində, eyni adlı universitetin Azərbaycan Tələbə Cəmiyyətinin, "Kreativ Gənclər" Xaricdə Təhsil Alan Azərbaycanlı Tələbələrə Yardım İctimai Birliyinin və adı çəkilən universitetin təşkilatçılığı ilə Novruz gecəsi təşkil olunacaq. Bu barədə Doğu Akdeniz Universitetində təhsil alan azərbaycanlı tələbə Cəfər Mənsimi məlumat verib. 

Məlumata görə, təşkil olunan gecədə ölkəmizin tanınmış müğənnisi Almaz Ələsgərova Novruz ab-havasını canlandırmaq məqsədilə solo-konsert proqramı ilə çıxış edəcək.

Bundan başqa, gerçəkləşən gecədə Doğu Akdeniz Universitetinin rektoru, professor Abdullah Öztopraq, həmin universitetin Azərbaycan Tələbə Cəmiyyətinin prezidenti Elçin Süleymanov və "Kreativ Gənclər" Xaricdə Təhsil Alan Azərbaycanlı Tələbələrə Yardım İctimai Birliyinin sədri Fərhad Allahverdizadə çıxış edərək, Novruz bayramı ilə bağlı öz təəssüratlarını bölüşəcəklər.


Qeyd edək ki, tədbirdə  bayram əhval-ruhiyyəsini daha da artırmaq məqsədi ilə Novruz adət-ənənələrinə həsr olunan video çarx və tələbələrin ifasında Azərbaycan milli rəqsləri nümayiş etdiriləcək.