Əlaqə Arxiv
news Image
2018.01.05
19:18
| A A A
Nigeriyanın nüfuzlu mətbu orqanları Azərbaycandan yazdı

Nigeriyanın bir sıra tanınmış qəzet və saytları Azərbaycandan yazıblar.

Movqe.Az xəbər verir ki, bu barədə diaspor üzrə araşdırmaçı-jurnalist Elnur Eltürk verib.
Məqalənin müəllifi Viktor Asije bu günlərdə Nigeriyada yeni yaradılan Azərbaycanın Dostları Təşkilatı haqqında məlumatla başlayır.

Təşkilatın sədri Billurə Bernard saytlara açıqlamasında iki ölkə arasında mədəni və dostluq əlaqələrini inkişaf etdirməyin əsas məqsəd olduğunu söyləyib. Eyni zamanda Azərbaycan mədəniyyətini Nigeriya və dünyada tanıdılmasına nail olmağın vacibliyini bildirib.

"Bu təşkilatın yaranmasına çox sevinirik. Təşkilat qeyri-kommersiya təşkilatıdır. Məqsəd iki ölkəni daha da yaxınlaşdırmaqdır. Azərbaycan mətbəxini dadan və sərgiləri ziyarət edən nigeriyalılar iki ölkə arasındakı mədəniyyəti inkişaf etdirməyə maraqlıdırlar", - Billurə Bernard qeyd edib.

Sizin Reklam Yeriniz