Əlaqə Arxiv
news Image
2018.01.08
11:35
| A A A
Rusiya kosmonavtkasının generalı Valeh Quliyev kim olub?

AMEA Mərkəzi Elmi Kitabxanasının Vikipediya təlim iştirakçısı Tarix İnstitutunun elmi işçisi Elnur Nəciyev tərəfindən "Azərbaycanca Vikipediya"sında bu günlərdə Rusiyada vəfat edən həmyerlimiz,fizika-riyaziyyat elmləri doktoru, Beynəlxalq Mineral Resurslar və Çuvaşiya Mühəndis Texniki Akademiyalarının akademiki, SSRİ Nazirlər Sovetinin mükafatı laureatı,prof. Valeh Quliyev haqqında məqalə yaradılıb.

Bu barədə Movqe.az-a AMEA Mərkəzi Elmi Kitabxanasından məlumat verilib. 

Valeh Quliyevə 2005-ci ildə kosmonavt xidmətlərinə görə,general-mayor rütbəsi verilib. 

175 elmi əsərin, 7 dərsliyin, 2 monoqrafiyanın müəllifidir.

Onun redaktorluğu altında 30-dan çox elmi-metodoloji vəsait nəşr olunub. O, Rusiyada öz geniş riyaziyyat məktəbinin yaradıcılarından hesab edilir. V.Quliyevin rəhbərliyi ilə 5 fizika-riyaziyyat və texniki elmlər doktoru, həmçinin 11 elmlər namizədi hazırlanıb.

https://az.m.wikipedia.org/wiki/Valeh_Quliyev

 

Sizin Reklam Yeriniz