Əlaqə Arxiv
news Image
2018.01.09
12:57
| A A A
Cəlilabad sakininin həyətindən tapılanlar heyrətləndirdi - FOTO

Cəlilabad rayonu ərazisində orta əsrlərə aid olduğu güman edilən maddi mədəniyyət nümünələri aşkarlanıb.  

Movqe.az report-a istinadən xəbər verir ki, rayonun Xanəgah kənd sakini İlham Paşayevə məxsus evin həyətdə tapılan nümünələr təsadüf nəticəsində üzə çıxıb.

Belə ki, güclü yağıntılar İ.Paşayevin həyətindəki torpağın bir hissəsini yuyub aparıb. Bu zaman qismən görünən insan sümkləri ev sahibnin diqqətini cəlb edib. Həmin yeri qazdıqda isə ərazidə insan sümüklərinin qalıqları, eləcə də məişət əşyaları aşkarlanıb.

Əraziyə baxış keçirən tarixçilərin sözlərinə görə, arxeoloji nümünələr orta əsrlərlərə qədər qorunmuş Zərdüştlük dini inancının nadir tapıntılarındandır. Burada dəfn olunmuş şəxslər də məhz bu dinin qanunları çərçivəsində dəfn olunub.

 

Kəllə sümklərinin forma və ölçülərinindən isə dəfn olunanların qadın, kişi və uşaq olmaları məlum olub. Məzarların yanında tapılan məişət əşyaları arasında böyalı qabların olması orta əsrlərdə sözügedən ərazidə sənətkarlığın yüksək inkişaf etməsini deməyə əsas verir.

Tarixçi Rza Razayevin sözlərinə görə, mövcud tapıntıların araşdırılması Azərbaycanda orta əsr mədəniyyəti ilə bağlı maraqlı məlumatları üzə çıxarda bilər. 

Sizin Reklam Yeriniz