Əlaqə Arxiv
news Image
2018.01.16
15:01
| A A A
Türkiyədə yaşı 2 min il olan küpə tapılıb

Türkiyənin Malatya vilayətinin Doğanşəhir rayonunda təxminən 2 min il yaşı olduğu ehtimal edilən küpə tapılıb.

Movqe.az Azərtac-a istinadla xəbər verir ki, qədim qənimət kimi dəyərləndirilən küpə muzeyə aparılıb. Hündürlüyü 135, eni 92 santimetr olan küpə böyüklüyünə və vəziyyətinə, eləcə də quruluşuna görə indiyə qədər tapılan digər küpələrdən tamamilə fərqli olduğu üçün nadir tapıntı hesab olunub. İlkin rəyə görə, küpə yerli gildən yoğurularaq bişirilib.

Sizin Reklam Yeriniz