Əlaqə Arxiv
news Image
2018.01.17
14:32
| A A A
Naxçıvan məhsulları “Naxçıvan İslam Mədəniyyətinin Paytaxtı-2018” loqosu ilə satışa çıxarılır

Ötən ildən başlayaraq “Naxçıvan Məhsulları” Məhdud Məsuliyyətli Cəmiyyətdə, ümumilikdə, 25-dən artıq çeşiddə meyvə quruları istehsal olunaraq qablaşdırılır. Bu məhsullardan 9 çeşidinin üzərində “Naxçıvan İslam Mədəniyyətinin Paytaxtı-2018” loqosu yer almaqdadır. Alma, şaftalı, gavalı, qovun və digər yüksəkkeyfiyyətli Naxçıvan meyvə-tərəvəzlərinin xüsusi avadanlıqda qurudularaq qablaşdırıldığı bu məhsullar alıcılar tərəfindən böyük maraqla qarşılanır.

Movqe.az xəbər verir ki, yüksək keyfiyyət standartlarına cavab verən, 90 və 250 qramlıq paketlərdə istehsal edilən məhsullar muxtar respublikanın ticarət obyektlərindən başqa, ölkəmizin paytaxtına, habelə Türkiyə Respublikasına da göndərilir. Gələcəkdə bu məhsulların Rusiya və Ukraynaya da ixrac edilməsi nəzərdə tutulur.

Naxçıvanın İslam mədəniyyətinin paytaxtı elan olunması ilə bağlı keçiriləcək tədbirlərdə muxtar respublikanın mədəniyyətinin, onun zəngin turizm potensialının tanıdılması ilə yanaşı, həm də istehsal olunan məhsullarımızın təkcə İslam ölkələrində deyil, eyni zamanda, dünyanın bir çox ölkələrində təbliği baxımından əhəmiyyətlidir.

AZƏRTAC

 

Sizin Reklam Yeriniz