Əlaqə Arxiv
news Image
2013.03.27
10:14
| A A A
I “MİRAS” Rəssamlıq Simpoziumu keçiriləcək

"Miras" Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyi yeni layihəyə start verib. Belə ki, birlik I "MİRAS" Rəssamlıq Simpoziumunun keçirilməsi haqqında elan yayıb. Elanda deyilir ki, simpozium 2013-cü il mayın 9-15-də Ağsu və İsmayıllı rayonlarında keçiriləcək.

Simpoziumun keçirilməsində məqsəd regionlarda rəssamlığın inkişafına dəstək vermək, bu sahəyə paytaxtdan kənarda da diqqət və marağı artırmaq, ümumiyyətlə, Azərbaycanda rəssamlıq simpoziumları ənənəsi yaratmaqdır.

Simpozium zamanı 4 gün ərzində iştirakçıların Orta əsr Ağsu şəhəri qazıntı sahəsi ilə tanış olması və orda gördüklərini kətan üzərinə köçürməsi nəzərdə tutulur. Daha sonra simpozium İsmayıllıda Qaya oteldə davam etdiriləcək.  Tədbirə qatılan rəssamlar simpozium müddətində aşağıdakı mövzularda rəsm hazırlayacaqlar: arxeoloji qazıntı sahəsində gördüklərim, mənzərə və sərbəst kompozisiya

 Rəssamların çəkdikləri əsərlər "Miras" İctimai Birliyinin kolleksiyasında qalacaq. Gələcəkdə bu əsərlərin muzey sərgilərində və xarici ölkələrdə numayişi nəzərdə tutulur.

 

 

Sizin Reklam Yeriniz