Əlaqə Arxiv
news Image
2018.02.23
15:36
| A A A
Gənc Tamaşaçılar Teatrının həftəsonu repertuarı

Həftəsonu Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında 5 tamaşa nümayiş olunacaq. 

Teatrın Mətbuat xidmətindən Movqe.az-a verilən məlumata görə, fevralın 24-də məktəblilər üçün saat 12:00-da və 14:00-da Azərbaycan xalq nağılı “Məlikməmmədin nağılı”, fevralın 25-də eyni saatlarda C.Sviftin “Qulliver cırtdanlar ölkəsində” tamaşaları nümayiş etdiriləcək. 

Fevralın 23-də saat 19:00-da Teatrın kiçik səhnəsində T.Vəliyevanın “Cəza” təkadamlıq dramı nümayiş olunacaq. Kollektiv fevralın 24-də İ.Əfəndiyevin “Sarıköynəklə Valehin nağılı”, fevralın 25-də isə S.Elsevərin “Arzu və Murad” tamaşaları ilə teatrsevərlərin görüşünə gələcək. Tamaşalar saat 19:00-da nümayiş olunacaq. 

Qeyd edək ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni və rus hərbi birləşmələrinin Xocalı şəhərini işğal etdiyi zaman əsir düşmüş gənc qızın faciəvi taleyi, qaçqınlıq şəraitində yaşayan insanların saf hissləri, psixoloji və mənəvi durumundan bəhs edən “Arzu və Murad” tamaşası faciənin 26-cı ildönümünə həsr edilib. 

Tamaşalara biletləri mərkəzləşmiş kassalardan və “Asan xidmət” filiallarından əldə etmək olar.

Sizin Reklam Yeriniz