Əlaqə Arxiv
news Image
2018.02.28
14:46
| A A A
Vikipediyada Xocalı döyüşçüsünün hərb yolu haqqında məqalə yaradılıb

AMEA Mərkəzi Elmi Kitabxanasının Vikipediya Təlim Mərkəzinin könüllüləri tərəfindən Azərbaycanca Vikipediyada yeni məqalə yaradılıb. Məqalə 1990-cı illərdə Xocalıda fəaliyyət göstərmiş yerli özünümüdafiə taborunun döyüşçüsü Ramiz Nəsirova həsr olunub. 7 dekabr 1953-cü ildə Xankəndində anadan olmuş Ramiz Nəsirov Rusiyada yaşayıb, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi başlayandan sonra vətənə qayıdaraq düşmənə qarşı qəhrəmancasına döyüşüb. Qarabağda yerli özünümüdafiə taborunun yaradılmasında iştirak edən R.Nəsirov Xocalının müdafiəsində çox aktiv iştirak edib. O, Rusiyada olan evini sataraq, rus polkovnik-leytenantı Şevçenko Stanislav Kriloviçi Qarabağa təlim keçməyə gətirib. R.Nəsirov Xocalı hadisələrində xeyli sayda insanı mühasirədən çıxartmış, Xocalıdan sonra Ağdamda döyüşmüş, 1993-cü ildə peşəkar ordu yaradılarkən ordu sıralarından çıxmışdır. O, 25 fevral 1997-ci ildə Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin fərmanı ilə "İgidliyə görə” medalı ilə təltif olunub.
Məqalə ilə daha ətraflı aşağıdakı linkdən tanış ola bilərsiniz:

https://az.wikipedia.org/wiki/Ramiz_N%C9%99sirov

Sizin Reklam Yeriniz