Əlaqə Arxiv
news Image
2018.02.28
16:57
| A A A
Kukla Teatrında növbəti xeyriyyə aksiyası

Fevralın 28-də A.Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrında “Uğura dəstək olaq” layihəsi çərçivəsində aksiya keçirilib.

Xeyirxah insanların iştirakı ilə reallaşan aksiya serebral iflicdən əziyyət çəkən iki yaşlı Uğur Həsənliyə dəstək məqsədilə təşkil olunub.

Movqe.az xəbər verir ki, sənət ocağının və “Dəstək olaq” kompaniyasının təşəbbüsü ilə gerçəkləşən aksiyada Kukla Teatrının nəzdində fəaliyyət göstərən “Oyuq” teatr-studiyasının üzvlərinin iştirakı ilə konsert proqramı təqdim olunub, xeyriyyə yarmarkaları təşkil edilib.

Qeyd edək ki, sənət ocağı vaxtaşırı müxtəlif xeyriyyə yarmarkaları təşkil edir, xeyirxah insanları bir araya toplayır.

Sizin Reklam Yeriniz