Əlaqə Arxiv
news Image
2018.03.01
19:40
| A A A
Bakıda İtaliya Dizayn Günü keçirilir

Bakıda 2-ci Beynəlxalq İtaliya Dizayn Günü keçirilir.
İtaliyanın Azərbaycandakı səfirliyindən Movqe.az-a verilən xəbərə görə, İtaliyanın Bakıdakı səfirliyi və İtaliya Ticarət Palatasının Bakı ofisi tərəfindən təşkil olunan və Azərbaycan Memarlıq və İnşaat Universitetində keçirilən tədbir iqtisadi, sosial, ekoloji nöqteyi-nəzərdən dizayn və dayanaqlılıq mövzusunda konfransla başlayıb.

Tədbir “Bakının gözəlliyi və onun gələcəyi: müasir iş dünyalarında interyer dizayn” və “Bakının gözəlliyi və onun gələcəyi: inteqrasiya olunmuş şəhər memarlıq layihəsi” başlıqlı iki dəyirmi masa ilə Bakı Media Mərkəzində davam edəcək.

İtaliya Dizayn Günü çərçivəsində “70 illik səyahət: İtaliya dizaynı 50-ci illərdən bugünə” adlı sərgi və paralel olaraq “İtaliya memarlığı” mükafatının qalibi olmuş layihələrin foto-sərgisi keçiriləcək.

Qeyd edək ki, İtaliya və Azərbaycan müxtəlif sahələr üzrə möhkəm dostluq və əməkdaşlıq əlaqələrinə malikdir. Mebel sahəsi üzrə Türkiyədən sonra bu sahə üzrə ümumi idxalın 26,3% payı ilə İtaliya Azərbaycanın ikinci təchizatçısıdır.

Sizin Reklam Yeriniz