Əlaqə Arxiv
news Image
2018.04.18
17:37
| A A A
Əbülfəs Qarayev biznesmenlərə və tikinti şirkətlərinə müraciət edib

“Mən bütün biznes nümayəndələrindən, inşaatçılardan artıq dərəcə xahiş etmək istəyirəm ki, hər hansı yeni inşaat prosesini həyata keçirəndə tarixi abidələri nəzərə alsınlar”.
 
Movqe.az-ın məlumatına görə, bunu mədəniyyət və turizm naziri səlahiyyətlərini icra edən Əbülfəs Qarayev  Beynəlxalq abidələr və tarixi yerlər günü münasibətilə “Milli irs mükafatı”nın təqdimetmə mərasimində deyib. 
 
O bildirib ki, bəzən tarixi mirasa hörmətsiz yanaşan insanlar olur: “Yeni inşaat işləri aparanda, yeni layihə həyata keçirəndə mütləq və mütləq düşünün ki, siz tikinti aparmağı nəzərdə tutduğunuz məkanda vaxtilə hansısa böyük memarlar, böyük inşaatçılar əziyyət çəkiblər. Onun dağıdılmasına imkan verməyin. Siz öz əməyinizlə keçmişə hörmətlə yanaşmalısınız. Əgər bu nəzərə alınmasa, siz də bu aqibəti yaşaya bilərsiniz. Həmin tikilən abidələr ola bilsin ki, 200 il sonra dağıdıla bilər”. 

Sizin Reklam Yeriniz