Əlaqə Arxiv
news Image
2018.04.20
17:25
| A A A
Bakıda illik Beynəlxalq Festival keçirilib

Bakıda ADA Universitetində illik Beynəlxalq Festival keçirilib.

Movqe.az   xəbər verir ki, bu ənənəvi tədbir artıq 7-ci dəfədir təşkil olunur.

Bu il Festivalda Azərbaycanda akkreditə olunmuş 41 diplomatik missiyanın nümayəndələri iştirak ediblər. Tədbirə Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyi də qatılıb.

ADA Universitetinin aparat rəhbəri Şəfəq Mehralıyevanın sözlərinə görə, Festival Bakının müxtəlif icmaları üçün sevimli ənənəyə çevrilib: "Beynəlxalq Festival ADA Universitetinin mədəni müxtəlifliyinin təcəssümüdür".

Hər il Festival zamanı Azərbaycanın müxtəlif universitetlərindən olan tələbələr dünyanın bir sıra ölkələrinin ənənələri və mədəniyyəti ilə tanış olmaq imakanı qazanırlar.

Qeyd edək ki, hazırda ADA Universitetində 39 müxtəlif ölkədən 110 xarici tələbə təhsil alır. Onların bir hissəsiXarici İşlər Nazirliyi tərəfindən maliyyələşdirilən Əlimərdan bəy Topçubaşov adına beynəlxalq təqaüd proqramını qazananlardır.

Report

Sizin Reklam Yeriniz