Əlaqə Arxiv
news Image
2018.04.24
20:00
| A A A
"Oskar - 2019"-un vaxtı bəlli oldu

Movqe.az-ın rus mətbuatına istinadən verdiyi xəbərə görə, Amerika kinoakademiyası növbəti mərasimin 2019-cu ilin 24 fevralında keçiriləcəyini açıqlayıb.

 
Mükafata namizədlərin seçimi yanvarın 7-dən 14-dək nəzərdə tutulub. Nominantlar yanvarın 22-də bəlli olacaq. Kinoakademiklər filmlərə fevralın 12-dən fevralın 19-dək səs verəcək.
 
Mərasim özü isə Los-Ancelesdə Dolby teatrında keçiriləcək.
 
Xatırladaq ki, bu ilki “Oskar” t\əqdimetmə mərasimi martın 4-də baş tutdu. Əsas mükafat meksika rejissoru Gilyermo del Toronun “Suyun forması” filminə verildi. Ən yaxşı qadın rolu “Missuridə üç bilbord” filmindəki roluna görə, Frensis Makdormanda, “Ən yaxşı kişi rolu” isə “Qaranlıq zamanlar” filminə görə Harri Oldmana verildi. 

Sizin Reklam Yeriniz