Əlaqə Arxiv
news Image
2018.04.24
23:00
| A A A
Los-Ancelesdə Azərbaycan günü: 600-ə yaxın...

Los-Ancelesin Bəhai icmasının dəvətilə Azərbaycanın buradakı baş konsulu Nəsimi Ağayev Los-Anceles Bəhai Mərkəzində 600-ə yaxın icma üzvü qarşısında Azərbaycana dair təqdimatla çıxış edib. Movqe.az xəbər verir ki, baş konsul çıxışında Azərbaycanın tarixi, zəngin mədəniyyəti, yerləşdiyi coğrafi mühit haqqında qonaqlara məlumat verib, ölkəmizdə kök salmış multikulturalizm və tolerantlıq ənənələri ilə bağlı danışıb.

N.Ağayev ölkəmizdə dini və milli mənsubiyyətindən asılı olmayaraq hər kəsin bərabər hüquqlara malik olduğunu və sülh şəraitində dinc yanaşı yaşadığını, insanların öz etiqadlarını, adət-ənənələrini sərbəst şəkildə həyata keçirdiklərini və bu unikal tolerantlıq mühitinin Azərbaycan Prezidenti İlham Əliyevin müdrik və uzaqgörən rəhbərliyi altında günü-gündən daha da gücləndiyini vurğulayıb.

Azərbaycan multikulturalizmi və tolerantlığı icma üzvləri tərəfindən böyük maraq və rəğbətlə qarşılanıb.

Sizin Reklam Yeriniz