Əlaqə Arxiv
news Image
2018.04.25
13:37
| A A A
Ulu öndər Heydər Əliyevin anadan olmasının 95 illiyi münasibətilə Kiyevdə caz festivalı keçiriləcək

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 95 illiyi münasibətilə Ukraynada keçiriləcək tədbirlər planı təsdiqlənib.

Azərbaycanın Ukraynadakı səfirliyindən Movqe.az-a verilən məlumata görə, Ukraynanın iri şəhərlərində Ulu Öndərin fəaliyyəti ilə bağlı müxtəlif mövzularda beynəlxalq konfranslar keçiriləcək.

Bundan başqa, mayın 10-da Azərbaycanın Ukraynadakı səfirliyinin, Kiyev Şəhər Dövlət Administrasiyasının birgə təşkilatçılığı ilə ulu öndər Heydər Əliyev adına istirahət parkında beynəlxalq etno-caz festivalı keçirləcək.

 

Azərbaycan və Ukraynanın tanınmış mədəniyyət və incəsənət xadimlərinin, Kiyev Şəhər Dövlət Administrasiyası rəsmilərinin, xarici diplomatik korpus rəhbərlərinin iştirak edəcəyi tədbirdə xalqımızın qədim və zəngin musiqi mədəniyyəti, milli mətbəxi təbliğ olunacaq.

Caz festivalında digər ölkələrinin mədəniyyət və incəsənət xadimlərinin də iştirak edəcəyi gözlənilir.

Sizin Reklam Yeriniz