news Image
2012.04.28
19:58
| A A A
“Uşaqlar və Biz” layihəsi çərçivəsində növbəti tədbir həyata keçirilib

Movqe.Az xəbər verir ki, 27 Aprel "MİRAS" Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyi və UAFA təşkilatının Yasamal İƏR mərkəzinin birgə təşkilatçılığı ilə "Uşaqlar və Biz" layihəsi çərçivəsində növbəti tədbir həyata keçirilib.

Tədbiri giriş sözləri ilə açan Miras İB-nin Uşaq və Gənclərlə İş şöbəsinin rəhbəri Toğrul Muxtarov və  UAFA təşkilatının Yasamal İƏR mərkəzinin rəhbəri Ülviyyə Mirzəyeva hər iki təşkilat haqqında geniş məlumat verərək hər iki təşkilatın qarşılıqlı əməkdaşlığı çərçivəsində bu cür tədbirlər mütəmadi olaraq təşkil olunacaq.

Daha sonra iştirakçılar mərkəzin rəqs dərnəyinin uşaqları tərəfindən hazırlanmış rəqs nümunələrini, MİRAS İB-nin məhsulu olan "Azərbaycan Abidələr Diyarıdır" sənədli filmini və MİRAS İB-nin şöbə müdiri, ebru mütəxəssisi Vüsal Qaraqaşlının təqdimatında EBRU dərsini izləyiblər. EBRU sənəti haqqında məlumat verən Vüsal Qaraqaşlı daha sonra uşaqlarla birgə rəsmlər çəkib.

Qeyd edək ki, göstərilmiş rəqs nümunələri UAFA-nın Yasamal İcma əsaslı Reabilitasiya mərkəzinin nəzdində, Bakcell şirkətinin maliyyə dəstəyi ilə fəaliyyət   göstərən   Rəqs dərnəyinin uşaqları tərəfindən  nümayiş etdirilib. 

 

Tural QABİLOĞLU

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs