Əlaqə Arxiv
news Image
2018.04.27
12:35
| A A A
Görkəmli akademik Zərifə Əliyevanın çoxşaxəli humanitar missiyası uğurla davam etdirilir

Akademik Zərifə Əliyeva oftalmologiya elminə böyük töhfələr verib. Onun keçdiyi şərəfli həyat yolu bu gün də, gələcəkdə də hər bir alim və həkim, hər bir Azərbaycan vətəndaşı üçün əsl həyat və mənəviyyat dərsi, kamillik və müdriklik məktəbidir.

Bu fikirlər Sumqayıtdakı Heydər Əliyev Mərkəzində akademik Zərifə Əliyevanın anadan olmasının 95 illiyinə həsr edilmiş tədbirdə səsləndirilib.

Sumqayıt Şəhər İcra Hakimiyyətindən Movqe.az-a bildirilib ki, şəhər səhiyyə işçilərinin iştirak etdiyi tədbirdə icra hakimiyyəti başçısının müavini Ülviyyə Müzəffərova çıxış edərək görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyevanın ömür yoluna nəzər salıb. Bildirib ki, Zərifə Əliyeva Azərbaycanda oftalmologiya sahəsində ilk qadın akademik kimi tibb işçilərinin hazırlanmasında, elmi kadrların yetişdirilməsində böyük xidmətlər göstərib, oftalmologiya elminin inkişafına dəyərli töhfələr verib.

Şəhər Səhiyyə Şöbəsinin müdiri Nəriman Baxşəliyev respublikanın hər yerində olduğu kimi, Sumqayıtda da akademik Zərifə Əliyevanın anadan olmasının 95-ci ildönümü ilə bağlı səhiyyə müəssisələrində silsilə tədbirlərin, konfransların keçirildiyini bildirib.

Çıxışlarda qeyd edilib ki, Zərifə Əliyeva ulu öndər Heydər Əliyevin həm həyat yoldaşı, həm də sadiq dostu və məsləkdaşı olub. Ulu Öndərin əsasını qoyduğu geniş quruculuq işləri və Zərifə xanımın çoxşaxəli humanitar missiyası bu gün Prezident İlham Əliyev və birinci xanım, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva tərəfindən uğurla davam etdirilir.

Sizin Reklam Yeriniz