Əlaqə Arxiv
news Image
2013.04.10
13:23
| A A A
Əskişəhərdə H.Əliyevin 90 illiyinə həsr olunmuş müsabiqəyə start verilib

Əskişəhərdə fəaliyyət göstərən Türkiyə Azərbaycan Kardeşlik Platformu Topluluğu Azərbaycan Respublikasının Türkiyə Cümhuriyyətindəki səfirliyinin dəstəyi ilə Əskişəhər Osmanqazi Universitetində ulu öndər Heydər Əliyevin anadan olmasının 90-cı ildönümü ilə əlaqədar inşa müsabiqəsinə start verib. Mövqe.az-ın Diasporla İş üzrə Dövlət Komitəsindən aldığı məlumata görə, yarışma qısa müddətdə universitet tələbələrinin böyük marağına səbəb olub və artıq təşkilatçılara onlarla yazı təqdim edilib.


Bundan başqa, Türkiyə Azərbaycan Kardeşlik Platformu Topluluğu Azərbaycan və Türk gəncliyinin uşaqlara sevgisini, qayğısını göstərmək, Azərbaycanın daim Türkiyə Cümhuriyyətinin yanında olduğunu isbat etmək məqsədilə aprelin 27-də "Gələcək çocuklarla gələcək!" adlı xeyriyyə şənliyi keçirəcək. Əskişəhərdəki kimsəsiz uşaqlar evində yaşayan bütün balacalar universitetə dəvət ediləcək, onlar üçün müxtəlif oyunlar, əyləncəli yarışlar təşkil olunacaq, Azərbaycana aid hədiyyələr veriləcək.

Sizin Reklam Yeriniz