Əlaqə Arxiv
news Image
2012.04.30
16:55
| A A A
Heydər Əliyev Sarayı daha bir yeniliyə imza atıb - FOTO
Saray mayın 1-dən etibarən daimi Wİ-Fİ zona ilə əhatə olunacaq

"Eurovision-2012" ərəfəsində Heydər Əliyev Sarayı öz tamaşaçılarını sevindirəcək. Movqe.Az xəbər portalının məlumatına görə, Heydər Əliyev Sarayının 3000 kv.m. sahəsi "Eurovision-2012" ərəfəsində mayın 1-dənetibarən daimi Wİ-Fİ zona ilə əhatə olunacaq.

Sarayın mətbuat katibi Anar Fərəczadənin Movqe.Az-a verdiyi məlumata görə, ən müasir texniki avadanlıqlarla təchiz edilən və mədəniyyət müəssisələri arasında bir çox ilkləri gerçəkləşdirən Heydər Əliyev Sarayı daha bir yeniliyə imza atıb: "Ən müasir texniki avadanlıqlarla təchiz edilmiş və Mədəniyyət müəssisələri arasında bir çox ilklərə imza atan Heydər Əliyev Sarayı daha bir yeniliklə, Saray ərazisində simsiz internetə sərbəst çıxışlı zona yaradaraq öz tamaşaçılarını sevindirəcək. May ayının 1-dən Heydər Əliyev Sarayının tamaşaçı foyesi (3000 kv.m) Wİ-Fİ zona ilə əhatə ediləcək və Sarayda keçiriləcək tədbir və konsertlər zamanı istənilən şəxs burada pulsuz (free) internetdən istifadə edə biləcək", - A.Fərzcadə bildirdi.

A.Fərəczadə onu da qeyd etdi ki, bununla, Heydər Əliyev Sarayının rəhbərliyinin məqsədi yerli tamaşaçılara və böyük əhəmiyyətli "Eurovision-2012" mahnı müsabiqəsinin keçiriləcəyi müddətdə, ölkəmizə gələcək xarici turistlərə beynəlxalq standartlara uyğun, ən yüksək səviyyəli xidmət göstərməkdir.

Fuad Mədətov

Movqe.Az





Sizin Reklam Yeriniz