Əlaqə Arxiv
news Image
2018.07.09
16:13
| A A A
Bakıda Beynəlxalq Musiqi Təhsili Cəmiyyətinin konfransı keçiriləcək

15-20 iyul 2018-ci il tarixində Bakıda Beynəlxalq Musiqi Təhsili Cəmiyyətinin (International Society for Music Education - ISME) 33-cü Ümumdünya Konfransı keçiriləcək.

Movqe.az xəbər verir ki, bu barədə Trend Mədəniyyət Nazirliyinə istinadən məlumat verir.

Musiqi təhsili üzrə dünyanın müxtəlif ölkələrindən 500-dən çox mütəxəssisin iştirak edəcəyi konfrans Heydər Əliyev Sarayında, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında və Azərbaycan Milli Konservatoriyasında təşkil ediləcək.

 

Qeyd edək ki, ölkə rəhbərliyinin mədəniyyətə olan yüksək diqqət və qayğısı nəticəsində Azərbaycan muğamı (2008), Azərbaycan aşıq sənəti (2009), Tar və onun ifaçılıq sənəti (2012) YUNESKO-nun Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilib.

Azərbaycan musiqi sənətinin dünya musiqi arenasına inteqrasiyasının təmin edilməsi məqsədilə bir çox beynəlxalq mədəni tədbirlərə ev sahibliyi edən ölkəmizdə hər il Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalı, Bakı Beynəlxalq Caz Festivalı, Qəbələ Beynəlxalq Musiqi Festivalı və digər əhəmiyyətli tədbirlər keçirilir. Göstərilənlərdən əlavə, Bakıda təşkil edilmiş "Eurovision 2012" mahnı müsabiqəsi beynəlxalq musiqi auditoriyasının ölkəmizə marağının daha da artmasına səbəb olub.

Sizin Reklam Yeriniz