Əlaqə Arxiv
news Image
2013.04.12
14:53
| A A A
Tezliklə 16 yaşdan yuxarı olan tamaşaçılar üçün nəzərdə tutulmuş "Müharibə" tamaşası-Eksklüziv

Gənc Tamaşaçılar teatrının mətbuat xidmətindən Mövqe.az-a verilən məlumata görə Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında növbəti premyera nümayiş olunacaqdır. İsveç dramaturqu Lars Noren "Müharibə" pyesi əsasında hazırlanmış eyniadlı tamaşanın quruluşçu rejissoru teatrın baş rejissoru, Əməkdar İncəsənət Xadimi Bəhram Osmanov, quruluşçu rəssamı Sevinc Həsənova, rejissor assistenti Gülnar Hacıyeva, musiqi tərtibatçısı İradə Muradovadur.

16 yaşdan yuxarı olan tamaşaçılar üçün nəzərdə tutulmuş səhnə əsəri milli, irqi, dini mənsubiyyətindən, sosial mənşəyindən asılı olmayaraq hər bir millətin və hər kəsin başına gələ biləcək hadisələri özündə ehtiva etdirir.

Məşhur deyim var "Qələbə yalnız güclülərə yox, həm də səbrli və bacarıqlı olanlara qismət olur". Əsərdə müharibədən gözləri kor olmuş, ancaq ümidini itirmədən səbrlə, ən çətin anlarında belə ailəsini, qızlarını düşünən atanın 2 ildən sonra gəlib evinə çıxmasını qəhrəmanın mənən qələbəsi saymaq olar. Səhnə əsərində atanın, eləcə də ana və qızlarının həyatına nəzər saldıqda müharibənin bütün ağrı və acılarını, mənəvi sarsıntılarını, daxili əzablarını görmək o qədər də çətin deyil.

Müharibədən yenicə qayıdan, kor və səfil görkəmli ata, ərinin müharibədən qayıtmayacağına əmin olub onun qardaşı ilə eşq yaşayan qadın, uşaq yaşlarından düşdüyü murdar şəraiti qəbul edib bu yolla pul qazanan böyük bacı, hələ də öz uşaq məsumluğunu qorumağı bacaran balaca bacının timsalında təqdim olunan səhnə əsərində bütün qaranlıq mətləblərə aydınlıq gətiriləcək.

Ilk tamaşa aprel ayının 13-də saat 19.00da nümayiş etdiriləcəkdir.

Rollarda əməkdar artistlər Qurban İsmayılov (ata), Kəmalə Hüseynova (ana), aktyorlar Rasim Cəfər (qardaş), Nigar Məmmədova (böyük qız), Roza İbadova (kiçik qız) oynayırlar.

Sizin Reklam Yeriniz