Əlaqə Arxiv
news Image
2018.07.20
15:36
| A A A
Kurosavanın filmlərinin ssenari müəllifi 100 yaşında vəfat edib

Məşhur yaponiyalı ssenarist Şinobu Haşimoto 100 yaşında vəfat edib.

Movqe.az report-a istinadən xəbər verir ki, Ş.Haşimoto Tokio şəhərindəki evində pnevmoniyadan keçinib.

Qeyd edək ki, o daha çox Akira Kurosavanın əfsanəvi filmlərinə, o cümlədən "Yeddi samuray" və "Rasemon" filmlərinə ssenari yazmaqla məşhurlaşıb. Ümumilikdə isə, Ş.Haşimoto 70-dən çox ssenari yazıb və son dövrlərə qədər işinə davam edib. Yalnız insult keçirdikdən sonra o, işindən uzaqlaşmalı olub. Ssenarist həm də üç film çəkib.

Sizin Reklam Yeriniz