news Image
2013.04.12
15:59
| A A A
İslam Dünyası Gənclərinin klassik musiqi ifaçılarının 2-ci Beynəlxalq festival-müsabiqəsi

2013-cü ilin aprel ayının 23-dən 26-na kimi Bakıda ISESCO-nun, Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin dəstəyi, Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyası və "Kainat" Gənclik Mərkəzinin təşkilatçılığı ilə "İslam Dünyası Gənclərinin (20 yaşınadək) klassik musiqi ifaçılarının 2-ci Beynəlxalq festival-müsabiqəsi" keçiriləcək.


Mövqe.az-ın Gənclər və İdman Nazirliyindən aldığı məlumata görə,  festival-müsabiqəyə Azərbaycan daxil olmaqla 9 ölkədən (MƏR, Türkiyə, Rusiya (Dağıstan), Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Küveyt, Mərakeş) 100-ə yaxın gənc istedad qatılacaq.


Tədbir çərçivəsində 2013-cü ilin aprelin 24-də saat 1100-da Ümummilli Lider H.Əliyevin abidə-kompleksinin və Şəhidər Xiyabanının ziyarəti, aprelin 25-də saat 1000 -dan R.Behbudov Dövlət Mahnı Teatrında müsabiqənin rəsmi açılışı və böyük yaş qrupu üzrə beynəlxalq münsiflər heyətinin (xatirladaq ki, festivalın münsiflər heyətinin sədri Respublikanin xalq artisti, Baki Musiqi Akademiyasının prorektoru Yeganə xanım Axundovadır) iştirakı ilə Qala-konsertə vəsiqə qazanacaq ifaçıların seçimi,  aprelin 26-da saat 1000-dan Kamera və Orqan Musiqisi zalında kiçik yaş qrupu üzrə seçim turu, aprelin 26-da saat 2000-da Bakı Musiqi Akademiyasının böyük konsert zalında finalçıların Qala-Konserti və qaliblərin mükafatlandırılması mərasimi baş tutacaq.